Dine&Split müştərilərə sifariş vermək, hesabı bölüşdürmək və ödəniş etmək imkanı verir — telefonlarından, saniyələr içində. Restoran heç bir texniki yük daşımır.
Aşağıdakı hər bir bənd restoranınızın gündəlik iş prosesində birbaşa hiss olunan konkret faydaya əsaslanır.
Dine&Split ilə müştərilər sifariş və hesab proseslərinin əsas hissəsini özləri idarə edə bilirlər. Bu, ofisiantların sifariş qəbulu və hesablaşma kimi əməliyyatlara sərf etdiyi vaxtı azaldır və onların əsas rolunu sifarişlərin mətbəxdən masalara aparılmasına yönəldir — nəticədə daha az işçi qüvvəsi ilə eyni səviyyədə xidmət göstərmək mümkün olur.
Sifarişin qəbulu, hesabın təqdim edilməsi və bir neçə şəxs arasında bölüşdürülməsi rəqəmsallaşdırılır. Nəticədə müştərinin gözləmə müddəti azalır, personal eyni vaxtda daha çox masaya xidmət göstərə bilir — restoran gün ərzində daha çox müştəri qəbul edir.
Ödəniş prosesindən sonra müştəri bir kliklə restoranın Google Reviews səhifəsinə yönləndirilə bilər. Bu, məmnun müştərilərin rəy bildirməsini asanlaşdıraraq restoranın onlayn görünürlüyünü və reputasiyasını artırır.
QR kodların hazırlanması və yerləşdirilməsi, sistemin inteqrasiyası və texniki qurulumun bütün mərhələləri Dine&Split komandası tərəfindən həyata keçirilir. Restoran üçün əlavə hardware və ilkin quraşdırma xərci tələb olunmur.
Dine&Split hər bir müştəriyə öz payını ayrıca və rahat şəkildə ödəmək imkanı yaradır. Xüsusilə kartdan-karta köçürmələrlə bağlı mövcud məhdudiyyətlər nəzərə alındıqda, bu yanaşma ödəniş prosesini sadələşdirir və hesablaşmanı rahatlaşdırır.
Dine&Split yalnız hazır məhsul təqdim etməklə kifayətlənmir — restoranın real istifadə təcrübəsi, ehtiyacları və geribildirimləri əsasında sistemin funksionallığı daim təkmilləşdirilir. Xüsusi ehtiyac yarandıqda isə fərdiləşdirilmiş həll hazırlanır.
Sistemi 1 ay müddətinə, restoranın müəyyən etdiyi şərtlər çərçivəsində — məsələn, məhdud sayda masa üçün — inteqrasiya edirik. Bu müddət ərzində heç bir ödəniş tələb olunmur. Restoranınız heç bir maliyyə riski daşımadan yeni texnologiyanı real müştərilər üzərində sınaqdan keçirə bilər.
Sistemi müəyyən etdiyiniz şərtlər çərçivəsində — istəsəniz məhdud sayda masa üçün — 1 ay ərzində tam funksional şəkildə sınaqdan keçirin. Heç bir ödəniş, heç bir öhdəlik yoxdur.